[b]Püşk “Qəbələ”nin rəqibini sevindirdi[/b]
30.09.2015 - 14:44
Sabah Avropa Liqasında “Qəbələ”nin rəqibi olacaq “Krasnodar”ın Rusiya kubokundakı oyununun yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol ittifaqı bir oyundan ibarət 1/8 final matçlarının yerinə püşklə aydınlaşdırıb.
Bu raundda “Anji” ilə üz-üzə gələcək Krasnodarın eyniadlı təmsilçisinin püşkdə bəxti gətirib. Belə ki, “Qəbələ”nin rəqibi Premyer Liqanın autsayderi ilə evdə qarşılaşacaq.
Qeyd edək ki, “Krasnodar”ın ölkə kubokundakı növbəti sınağı 28-29 oktyabrda keçirilməlidi.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0