“Məğlub olmaq istəməzdik. Rəqib həqiqətən də yaxşı komandadı. Ancaq öz futbolçularımız da səhvlər elədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Tottenhem”in qonağı olan ağdamlıların baş məşqçisi 1:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb:
“İlk oyun idi, istər-istəməz futolçularda həyəcan var idi. Hesabın 2:1 və ya 3:1 olması əhəmiyyət kəsb eləmirdi. Bəlkə də müəyyən boşluqlar oldu deyə belə səhvlər alındı. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edə biləcəyik”.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA