[b]Qvardiola Mahrezdən vaz keçdi[/b]
08.02.2018 - 19:44
[b]Qvardiola Mahrezdən vaz keçdi[/b]

"Lester"in futbolçusu Riyad Mahrez "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın qəzəbinə tuş gəlib. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, buna əlcəzairli yarımmüdafiəçinin "tülkülər"in heyətində məşqə çıxmaqdan imtina etməsi səbəb olub.

 

Məsələ burasındadı ki, "Mançester Siti" Mahrezi heyətinə qatmaq istəsə də, "Lester" rəhbərliyi bu keçidə qarşı çıxıb. Onlar sözügedən futbolçunu qışda sata bilməyəcəklərini açıqlayıblar. Bundan qəzəblənən Mahrez isə komandanın məşqlərini boykot etməyə qərar verib. Lakin onun bu addımı Qvardiolanın ürəyincə olmayıb.

 

Mahrezin bu davranışından sonra ispaniyalı çalışdırıcının onun transferindən imtina etdiyi bildirilir.