[b]Ramin Musayev: Klublara mükafat verməyi dayandırdıq[/b]
18.07.2014 - 14:21
[b]Ramin Musayev: Klublara mükafat verməyi dayandırdıq[/b]

“Yeniliyimiz olmalıdı. Əsasnamədə dəyişiklik etdik. Klublara mükafat verməyi dayandırdıq. Onsuz da gəlib mükafatlarını götürmürdülər”. Apasport.az xəbər verir ki, bu sözləri PFL prezidenti Ramin Musayev Topaz Premyer Liqasının 2014/2015-ci il mövsümünün püşkatma mərasimində deyib.

 

O, klublarımızın Avroliqadakı çıxışlarından danışıb: “Gəlin “Neftçi”nin məğlubiyyətinə üzülməyək. Demişdim ki, 2 komanda bizi sevindirəcək. Yenə sözümün üstündə dururam. “Neftçi” səfərdə qalib gəlib mərhələ keçəcək”.