“İnter”in hücumçusu Rauf Əliyev əməliyyat olunacaq. Klubun meneceri Aleksey Barvinskinin apasport.az saytına verdiyi məlumata görə, yığma komandamızın üzvü gələn həftə Almaniyaya yollanacaq.
O bildirib ki, futbolçunun zədəsinə əvvəlcə düzgün diaqnoz qoyulmadığı üçün ikinci dəfə MRT müayənəsinə ehtiyac duyulub: “Zədədən sonra Raufun ayağında şişmə əmələ gəlmişdi. Dəqiq diaqnoz da qoymamışdılar. Buna görə də, ikinci dəfə MRT-dən keçdi və nəticə budu ki, Raufun diz bağları qopub. Yəni əməliyyat olunmalıdı. Yaxın vaxtlarda futbolçu əməliyyat üçün Almaniyaya yollanacaq. Klub rəhbərliyi bu səfərin gələn həftə baş tutmasına çalışır. Əməliyyatdan sonra da 1-2 həftə orda qalıb bərpa prosesi keçəcək. Həkimlər dedilər ki, hər şey yaxşı keçsə, Rauf 6-7 aydan sonra yaşıl meydanlara qayıda biləcək. Bu da futbolçunun özündən asılıdı”.
Qeyd edək ki, Rauf Əliyev Topaz Premyer Liqasının IV turunda “Qəbələ” ilə oyunda zədələnmişdi.