Azərbaycan millisinin dünən açıqlanan heyətində yer alan 21 futbolçudan 17-si indiyədək yığmanın formasını geyib. Apasport.az saytının məlumatına görə, bir neçə dəfə komandamızın toplanışına dəvət alan 4 oyunçu isə hələ rəsmi matçlarda debüt etməyib.
Debütünü gözləyənlər Aqil Məmmədov, Elnur Cəfərov, Pavel Paşayev və Rəhman Hacıyevdi. Onlar oktyabrın 10-da İtaliya ilə Bakıda, 3 gün sonra Bolqarıstanla Sofiyada baş tutacaq qarşılaşmalara ilk gözü ilə baxır.
Daha bir ilk isə Rəşad Sadıqovun adı ilə bağlı olacaq. Yığmamızın tarixində ən çox – 99 qarşılaşmaya çıxan 33 yaşlı müdafiəçi 100-cü matçına çıxacaq. Millimizin kapitanı bunu bacaran ilk futbolçumuz kimi tarixə düşəcək.
1992-ci ildə yaranan yığmamızın 23 illik tarixində 100-ü fəth edən olmamışdı. Düzdü, UEFA və digər qurumların hesablamalarında Sadıqovun oyun sayı fərqli göstərilir. Lakin ölkəmizdə yığmanın 216 görüşə çıxması qəbul olunub və Rəşad bunların 99-da forma geyib.
“Qarabağ”da da Sadıqovun komanda yoldaşı olan Əfran İsmayılov da meydana çıxacağı ilk görüşdə yubiley qeyd edəcək. Növbəti matç yarımmüdafiəçi üçün millidə 25-ci olacaq.
“21-liy”in millidəki oyun və qol göstəriciləri
|
futbolçu |
oyun |
qol |
|
Rəşad Sadıqov |
99 |
4 |
|
Kamran Ağayev |
56 |
-86 |
|
Rahid Əmirquliyev |
45 |
3 |
|
Ruslan Abışov |
45 |
4 |
|
Maksim Medvedev |
30 |
0 |
|
Rəşad Sadiqov |
25 |
01 |
|
Əfran İsmayılov |
24 |
1 |
|
Bədavi Hüseynov |
21 |
0 |
|
Qara Qarayev |
18 |
0 |
|
Dmitri Nazarov |
12 |
3 |
|
Arif Daşdəmirov |
7 |
0 |
|
Ruslan Qurbanov |
5 |
0 |
|
Anar Nəzirov |
3 |
-2 |
|
Tərlan Quliyev |
2 |
0 |
|
Eddi İsrafilov |
2 |
0 |
|
Tuğrul Erat |
2 |
0 |
|
Cavid Tağıyev |
1 |
0 |
|
Aqil Məmmədov |
0 |
0 |
|
Elnur Cəfərov |
0 |
0 |
|
Pavel Paşayev |
0 |
0 |
|
Rəhman Hacıyev |
0 |
0 |
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı