AFFA-nın uşaq komandaları arasında keçirdiyi liqalarda yaşanan xoşagəlməz hadisələrin səbəbkarları cəzalanıb. Apasport.az saytının məlumatına görə, “Turan”ın sabiq futbolçusu, hazırda “Turan Tovuz”un U-16 komandasının məşqçisi olan Elxan Abdıyev də cəzaya məruz qalıb.
O, “Zirə”nin futbolçusunu vurduğu üçün 10 matçlıq kənarlaşdırılıb. Qarşılaşma başa çatandan sonra “Turan Tovuz”un rəsmisinə qarşı aqressiv davranış göstərən paytaxt təmsilçisinin oyunçusu Samir Qasımov 10 matçlıq cəzaya layiq görülüb.
U-16 Liqasının “Vətən”lə görüşündə hakimi təhqir edən “Neftçi” İK İB-in futbolçusu Ağamalı İmaməliyev 4 oyun “istirahət edəcək”. U-14 Liqasında baş tutan UGİM (Şabran) – İOEUGİM (Sumqayıt) matçında aqressivlik göstərən birincilərin üzvü Elnur Abbasov 4 turu buraxacaq.
U-14 Liqasının “Azəri” TİM-lə matçında hakimlər briqadasını təhqir edən “Yasamal Gİİ”nin məşqçisi İsmayıl Nəsibov 3 oyunluq cəzalanıb. “Neftçi” İK İB ilə U-12 Liqasının oyununda hakimi təhqir edən “Keşlə”nin futbolçusu Nahid Əlizadənin də cəzası yüngül olub. O, komitə tərəfindən iki matçlıq kənarlaşdırılıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı