[b]Rəşad Sadıqov Qurban Qurbanovla bir siyahıda[/b]
05.09.2017 - 00:30
[b]Rəşad Sadıqov Qurban Qurbanovla bir siyahıda[/b]

Azərbaycan millisinin bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, yığmamızın kapitanı Rəşad Sadıqov 5 və daha çox qol vuran oyunçular sırasına daxil olub.

 

35 yaşlı müdafiəçi bunu 5-ci qoluna imza atmaqla rəsmiləşdirib. Sadıqovun yubiley qolu San-Marino ilə DÇ-2018-in Bakıdakı seçmə oyununa təsadüf edib.

 

Rəşad yığmada ən azı 5 qol vuran 12-ci futbolçu kimi tarixə düşüb. O, bombardirlər siyahısında 8-ci yerə şərik olan 5 futbolçudan biridi.

 

Cədvələ isə 14 qol sevinci yaşayan Qurban Qurbanov başçılıq edir.

 

1. Qurban Qurbanov - 14

2. Vaqif Cavadov - 9

3-5. Branimir Subaşiç - 7

Elvin Məmmədov - 7

Rauf Əliyev - 7

6-7. Dmitri Nazarov - 6

Zaur Tağızadə - 6

8-12. Fərrux İsmayilov - 5

Nazim Süleymanov - 5

Rəşad Sadıqov - 5

Vidadi Rzayev - 5

Vyaçeslav Lıçkin - 5

 

0