[b]Rəşad Sadıqov yığmaya 26 futbolçu çağırdı[/b]
30.05.2018 - 17:28
[b]Rəşad Sadıqov yığmaya 26 futbolçu çağırdı[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqov komandaya 26 futbolçu çağırıb.

 

Bu heyət mayın 30-dan iyunun 9-dək təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iyunun 4-də Astanada Qazaxıstanın, iyunun 8-də isə “Dalğa Arena”da Macarıstanın müvafiq yaş qrupundan ibarət  komandası ilə yoldaşlıq oyunu keçirəcək.

 

Komandaya bu futbolçular çağırılıb: Sərtan Taşkın (“Keşlə”), İbrahim Hüseynov, Toral Bayramov (hər ikisi “Qarabağ”), Amin Seydiyev, Rüstəm Nuriyev, Qismət Alıyev, Hacıağa Hacılı (hamısı “Qəbələ”), İsmayıl İbrahimli (MOİK), Kamran İbrahimov, Ömər Buludov, Anton Krivotsyuk, Elvin Sərkərov (hamısı “Neftçi”), Hüseynəli Quliyev, Şakir Seyidov, Fəhmin Muradbəyli (hamısı “Səbail”), Bəhlul Mustafazadə, Ehtiram Şahverdiyev (hər ikisi “Sumqayıt”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), Murad Mahmudov, Renat Dadaşov (hər ikisi “Ayntraxt” F, Almaniya), Ziya Əzizov (“Den Boş”, Hollandiya), Fərid Nəbiyev (“Şevardeni”, Gürcüstan), Ozan Can Kökcü (“Valwiyk”, Hollandiya), Rövlan Muradov (“Slaviya”, Çexiya), Budağ Nəsirov (“Sportinq”, Portuqaliya).

 

Mənbə: affa.az

0