Avropa Liqasının qrup mərhələsinin II turunun “Anderlext”lə sabahkı qarşılaşması “Qarabağ”ın 4 futbolçusu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin yetirmələrindən Maksim Medvedev 40-cı, Əfran İsmayılov isə 20-ci avrokubok qarşılaşmasında iştirak edəcək.
Bütün qarşılaşmalarını eyni klubda keçirən iki yubilyarlardan yalnız biri qol sevinci yaşayıb. Əfran 6 dəfə rəqib qapılarına yol tapıb.
Təmsilçimizin iki aparıcı legioneri də yubiley görüşünə çıxmaq imkanı qazanıb. “Anderlext”lə matç albaniyalı Ansi Aqolli üçün 45-ci, braziliyalı Reynaldo üçün 30-cu olacaq. Digər iki oyunçudan fərqli, onlar bu matçları müxtəlif klublarda keçirib. Reynaldo qitə miqyaslı turnirlərdə 10 qol vurubsa, Aqolli cəmi 2 dəfə fərqlənib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı