“Real”ın hücumçusu Kriştianu Ronaldonun durumuna aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, İspaniya La Liqasının XXXVI turunda “Barselona” ilə səfər matçında (2:2) ayağından xəsarət alan portuqaliyalı forvard bu gün tibbi müayinədən keçib.
Qarşılaşmanın 14-cü dəqiqəsində qol vurduğu epizodda zədələnən və fasilədən sonra əvəzlənən Ronaldonun vəziyyətinin qorxulu olmadığı açıqlanıb. Həkimlər topuq nahiyəsindəki zədənin ciddi olmadığını və superulduzun Çempionlar Liqasının (ÇL) final qarşılaşmasına hazır olacağını bildiriblər.
Qeyd edək ki, ÇL-in final görüşü mayın 26-da keçiriləcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı