Braziliya yığmasının sabiq hücumçusu Ronaldo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi forvard futbol oynadığı vaxt tez-tez pivə içdiyini etiraf edib.
“Barselona”, “İnter”, “Real” və “Milan” kimi klublarda oynamış Ronaldo alkoqol içkilərə meyl göstərməsi haqda danışıb: “Həmin vaxt pivə qablarını gizlətmək məcburiyyətində idim. Karyeramı bitirdikdən sonra isə buna ehtiyac qalmadı”.
“Fenomen” gələcəkdə Braziliya Futbol Konfederasiyasının prezidenti olmağa qarşı deyil: “Bu mənim üçün şərəf olardı. Ancaq əvvəlcə hansısa böyük kluba rəhbərlik edib, təcrübə toplamalıyam”.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı