[b]Ruslan Abışov “Qəbələ”yə qayıtdı[/b]
14.09.2015 - 13:35
"Qəbələ" Vüqar Nadirovun ardından daha bir futbolçunu rənglərinə bağlayıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ötən mövsüm “Qəbələ”nin formasını geyinən Ruslan Abışovla anlaşıb.
Sabiq kapitanla mövsümün sonunadək müqavilə imzalanıb.
28 yaşlı müdafiəçi 2015-ci ilin yayında "Qəbələ"dən "Xəzər Lənkəran"a keçmişdi. Bunadək Ruslan "Neftçi" (2006-2012), "Xəzər Lənkəran" (2012-2013), "Rubin" (Kazan, Rusiya) (2013-2015) və "Qəbələ"də (2014-2015) çıxış edib. Abışov Azərbaycan millisinin heyətində 45 oyun keçirib və 4 qol vurub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0