Sabiq futbolçusu “Araz-Naxçıvan”ı ələ saldı: Pulsuz konsert verirlər
27.10.2014 - 13:24
Sabiq futbolçusu “Araz-Naxçıvan”ı ələ saldı: Pulsuz konsert verirlər

“Mənim heç kimlə problemim olmayıb. Güclü futbolçular həmişə oynayır, zəiflər isə kənardan baxır. Yəqin, mən də zəifəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Araz-Naxçıvan” klubundan kənarlaşdırılan yarımmüdafiəçi Elnur Abdulov deyib.

 

Bölgə klubundan qovulmasına aydınlıq gətirən gənc futbolçu “Araz-Naxçıvan”dakı vəziyyətin gülməli olduğunu bildirib: “Simurq”a 0:4 hesabı ilə uduzduğumuz oyundan sonra iclas oldu. Bir neçə futbolçunun komandadan ayrılacağını dedilər. Biri də mən idim. Artıq klubla yollarım ayrıldı. Bu gün Bakıya gələcəm. İclasda  yaşananlarla bağlı çox danışmaq istəmirəm. Sadəcə, kim gülmək istəyirsə, “Araz-Naxçıvan”a gəlsin. Çox gülməli vəziyyətin olduğunu görəcəklər. Klubda “pulsuz konsert” verirlər”.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının IX turunda Zaqatalada “Simurq”a 0:4 hesabı ilə uduzan “Araz-Naxçıvan” klubdaxili iclas olub. Klub rəhbərliyi komandanın uğursuz çıxışını araşdırıb və 4 futbolçu ilə yolları ayırmaq qərarına gəlib. Bunlar Elgiz Kərəmli, Qərib İbrahimov, Kamil Nurəhmədov və Elnur Abdulovdu.

 

 

0