[b]Suaresə “Qızıl buts”u əfsanəvi futbolçu verdi - FOTO[/b]
16.10.2014 - 00:33
[b]Suaresə “Qızıl buts”u əfsanəvi futbolçu verdi - FOTO[/b]

Ötən mövsüm “Liverpul”un heyətində "Real"ın futbolçusu Kriştianu Ronaldo ilə birgə 31 qolla bombardir olan Luis Suaresə “Qızıl buts” mükafatı təqdim edilib. Apasport.az saytının məlumatına görə, hər il Avropa çempionatlarında ən çox qol vuran oyunçuya verilən mükafatın təqdim etmə mərasimi Barselona şəhərində keçirilib.

 

Avropa İdman Mediyası tərəfindən təşkil edilən mərasimdə Uruqvay millisi və “Barselona” klubun hücumçusuna “Qızıl buts”u “Liverpul”un əfsanəvi futbolçusu və ayrı-ayrı dövrlərdə ingilis təmsilçisini çalışdıran Kenni Dalqliş verib. Sabiq oyunçunu isə mərasimə Suaresin özü şəxsən çağırıb.

 

Qeyd edək ki, 27 yaşlı forvard DÇ-2014-də millisinin İtaliya ilə matçında rəqib komandanın müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə 4 ay yaşıl meydanlardan kənarlaşdırılıb. Onun cəzası Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qərarı ilə oktyabrın 24-də sona çatacaq. Suares İspaniya La Liqasının IX turu çərçivəsində oktyabrın 25-də Madrid “Real”ı ilə keçirəcəkləri görüşdə oynaya biləcək.

0