[b]Tahir Süleymanov istefa verdi[/b]
17.07.2014 - 21:38
[b]Tahir Süleymanov istefa verdi[/b]

 

“Neftçi” futbol klubunun vitse-prezidenti Tahir Süleymanov komandanın oyunu ilə bağlı sərt açıqlama verib. Apasport.az saytının məlumatına görə, vitse-prezident Avropa Liqasının II təsnifat mərhələsinin “Koper”ə qarşı cavab görüşündə Sloveniyaya getməyəcəyini bildirib və istefa qərarını açıqlayıb .

 

Qeyd edək ki, “Neftçi”nin 2:1 hesabı ilə məğlub olduğu görüşdən sonra azarkeşlər baş məşqçi Böyükağa Hacıyevin istefasını tələb ediblər. Tahir Süleymanov isə “Neftçi”nin növbəti mərhələyə keçə bilmədiyi təqdirdə komandada heç kimin qalmamalı olduğunu bəyan edib. O, artıq "Neftçi"dən ayrıldığını və istefaya getdiyini bildirib.