[b]Tarixi qələbə, Qurbanovun qolu, tanış və yeni rəqiblər[/b]
24.01.2018 - 16:19
[b]Tarixi qələbə, Qurbanovun qolu, tanış və yeni rəqiblər[/b]

Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, D liqasında çıxış edəcək Qurban Qurbanovun yetirmələri Farer adaları, Malta və Kosovo ilə görüşəcək.

 

Bu komandalardan yalnız sonuncular bizim üçün yeni rəqib sayılır. Lakin balkan təmsilçisi ilə fevralın 2-nə yoxlama oyunu planlaşdırılıb. Həmin matç baş tutsa, ilk duel olacaq.

 

Astanasında olduğumuz ilk baş tutmasa, bunun gerçəkləşməsi Millətlər Liqasına təsadüf edəcək.

 

Digər 2 komanda ilə isə əvvəllər də qarşılaşmışıq. Farer adaları yığmamızın tarixinə düşməyi bacarıb.

 

Cəmi 1 dəfə görüşdüyümüz şimallılar millimizin tarixində ilk böyükhesablı qələbənin qurbanı olublar. 1996-cı il fevralın 27-də Kiprin Larnaka şəhərində keçirilən yoxlama oyununda komandamız 3 cavabsız qol vurub. Kazbek Tuayevin baş məşqçisi olduğu millinin qollarından birini indiki çalışdırıcı Qurban Qurbanov vurub. O, 30-cu dəqiqədə fərqlənib. Digər iki qolu Vyaçeslav Lıçkinlə Yunis Hüseynov vurub.

 

27 fevral 1996. Larnaka. YO. Azərbaycan – Farer adaları – 3:0

 

Malta ilə daha çox – 6 dəfə görüşmüşük. 1994-cü ildən tanış olduğumuz bu rəqib həmin vaxt yığmamızı 5 cavabsız qolla məyus edib. Ümumiyyətlə ilk 3 oyunda ada təmsilçisi bizə quru hesabla qalib gəlib.

 

Sonrakı 3 görüşdə isə millimiz 2 qələbə qazanıb, 1 heç-heçə edib. Top fərqi də rəqibin xeyrinədi – 11:7. Yığmamız 2 böyükhesablı məğlubiyyətin əvəzini 1 belə qələbə ilə çıxıb. Bu 6 matçdan 4-ü yoxlama, 2-si seçmə xarakterli olub.

 

19 aprel 1994. Ta Qali. YO. Malta – Azərbaycan – 5:0
6 fevral 2000. Ta`Qali. BT. Malta – Azərbaycan – 3:0
17 aprel 2002. Ta Qali. YO. Malta – Azərbaycan – 1:0
14 avqust 2013. Bakı. YO. Azərbaycan – Malta – 3:0

28 mart 2015. Bakl. AÇ. Azərbaycan – Malta – 2:0

6 sentyabr 2015. Ta-Qali. AÇ. Malta – Azərbaycan – 2:2