Sabah Topaz Premyer Liqasında VII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin seçmə oyunları üzündən yaranacaq fasilə öncəsi baş tutacaq tur autsayderlərin görüşü ilə başlayacaq.
Belə ki, ilk 6 turda qələbəyə həsrət qalan Bakı klubları - AZAL və “Rəvan” uğursuz seriyanı qırmağa çalışacaqlar. Paytaxt derbisində meydan sahibi olacaq “təyyarəçilər” sonuncu pillədən qurtulmaq üçün qalib gəlməlidi. “Rəvan” isə 3 xalla turnir cədvəlindəki qonşusundan uzaqlaşa bilər.
Turun ikinci günü də paytaxt derbisi ilə əlamətdar olacaq. Cədvəlin ilk yarısında qonşu pillələrdə yer alan “Zirə” “Neftçi” debütantın meydanında qarşılaşacaq. Zirəlilər məğlubiyyətsiz matçlar seriyasını ölkənin ən titullu klubu ilə matçda da davam etdirmək arzusundadı. “Ağ-qaralar” isə rəqibini arxada qoymaq üçün qalib gəlməyə məcburdu.
Turun digər üç qarşılaşması oktyabrın 4-də baş tutacaq. Aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparan “Kəpəz”lə “Sumqayıt”ın qarşılaşması Gəncədə baş tutacaq. Qələbə həsrətində olan sonuncular tilsimi qırmaqla mövqeyini yaxşılaşdırmaq əzmindədisə, meydan sahibləri azarkeşlərinə ikinci qələbəni bəxş etmək istəyindədi.
Turun mərkəzi oyunu Bakıda keçiriləcək. Çempionatın liderləri “İnter”lə “Qarabağ” “bankirlər”in meydanında görüşəcək. Ötən mövsümdə də qızıl və gümüşə sahib çıxan komandalar fasiləyə zirvədə yollanmaq üçün mübarizə aparacaq. Cari mövsümdə uduzmayan “Qarabağ” liderliyini qorumaq, paytaxt təmsilçisi isə ağır avrokubok sınağından çıxan rəqibini büdrətmək üçün bacarığını ortaya qoyacaq.
Bakıdakı heç-heçə “Qəbələ” üçün liderlik imkanı yaradacaq. Bunun üçün “qırmızı-qaralar” “Xəzər Lənkəran”la çətin görüşdə qazanılacaq 3 xal əldə etməlidi. Cənublular isə liderlərlə xal fərqinin artmaması üçün səfərdə uğurlu nəticə qazanmalıdı.
Ümumiyyətlə isə əyalət klubları arasında qarşılaşma turnir cədvəlində qonşu olmayanların yeganə duelidi. Belə ki, turun 5 matçından dördündə üz-üzə gələnlər ardıcıl pillələrdə yer alıbsa, yalnız Qəbələdəki cütlük fərqli pillələrdə qərarlaşıb.
Topaz Premyer Liqası
VII tur
2 oktyabr (cümə)
19:00. AZAL – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
“AZAL Arena”
3 oktyabr (şənbə)
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Zirə İdman Kompleksinin stadionu
4 oktyabr (bazar)
16:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu
19:00. “İnter” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”
21:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
"Qarabağ" |
6 |
4 |
2 |
0 |
11-6 |
14 |
|
2 |
"İnter" |
6 |
4 |
1 |
1 |
5-3 |
13 |
|
3 |
"Qəbələ" |
6 |
4 |
1 |
1 |
10-4 |
13 |
|
4 |
"Zirə" |
6 |
3 |
3 |
0 |
5-2 |
12 |
|
5 |
"Neftçi" |
6 |
2 |
3 |
1 |
7-5 |
9 |
|
6 |
"Xəzər Lənkəran" |
6 |
1 |
3 |
2 |
5-5 |
6 |
|
7 |
"Kəpəz" |
6 |
1 |
2 |
3 |
4-6 |
5 |
|
8 |
"Sumqayıt" |
6 |
0 |
4 |
2 |
3-5 |
4 |
|
9 |
"Rəvan" |
6 |
0 |
2 |
4 |
4-11 |
2 |
|
10 |
AZAL |
6 |
0 |
1 |
5 |
1-8 |
1 |
Bombardirlər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dieqo Martins (“İnter”), Riçard Almeyda (“Qarabağ”), Aleksey Qay (“Qəbələ”) - 3 qol
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı