Premyer liqanın V turu çərçivəsində səfərdə “Neftçi” nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığa start verib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar” Lənkərandakı bazasında dünəndən etibarən bir araya gəliblər.
Heyətdə zədəli futbolçu olmasa da, Sadio Tounkaranın “Böyük oyun”da meydana çıxması sual altındadı. Artıq 4 aydı ki, əməliyyat olunan malili futbolçu komanda ilə birgə məşqlərə qoşulsa da, meydana çıxmağa tam hazır deyil. Sentyabr ayının 18-nə qədər hazırlığı doğma şəhərdə davam etdirəcək “Xəzər Lənkəran” sonra matç üçün paytaxta yola düşəcək. Xatırladaq ki, “Böyük oyun” sentyabr ayının 20-də saat 21:00-da “ Bakcell Arena”da baş tutacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA