[b]Yeni transferin debüt imkanı[/b]
07.02.2018 - 17:41
[b]Yeni transferin debüt imkanı[/b]

“Barselona” müdafiə xətti ilə bağlı ciddi problemlə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Xerard Pikedən sonra Tomas Vermalenin də “Valensiya” ilə kubok matçını buraxacağı açıqlanıb.

 

Həkimlər bir müddətdi zədədən əziyyət çəkən Belçika millisinin üzvünü İspaniya Kral Kubokunun yarımfinal mərhələsi çərçivəsində sabah keçiriləcək cavab qarşılaşmasına yetişdirməyə çalışsalar da, bu, mümkün olmayacaq. Vermaleni riskə atmaq istəməyən baş məşqçi Ernesto Valverde həm “Valensiya”, həm də La Liqanın növbəti turunda “Xetafe” ilə qarşılaşmada onun xidmətindən yararlanmayacaq.

 

Əvəzində yeni transfer edilən Yerri Mina debüt imkanı əldə edib. Kolumbiyalı futbolçunun qarşıdakı görüşlərdə müdafiənin mərkəzində Samuel Umtiti ilə tandem təşkil etməsi gözlənilir.