Futzal üzrə AVRO-2018-in 1/4 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan yığması tarixində ikinci dəfə yarımfinala yüksəlmək imkanına malikdi. Apasport.az saytının məlumatına görə, komandamız pireneyliləri arxada qoysa, 8 il əvvəl imza atdığı nəticəni təkrarlayacaq.
Belə ki, millimiz ilk dəfə final mərhələsinə qatıldığı 2008-ci ildə qitə çempionatının 4-cüsü olmuşdu. 8 ildən sonra yenidən yarımfinala yüksəlsə, komandamız ən azı 2 dəfə bunu bacaran 8-ci yığma olacaq. Çünki yalnız 7 milli bunu bacarıb.
Əvvəlki 10 çempionatın hamısında yarımfinal oynayan İspaniya bu göstəricidə mütləq rekordçudu. Dünən 1/4 final səddini adlayan Rusiya 9-cu uğuruna sevinibsə, İtaliyanın hesabında 8 yarımfinal var.
Bu gün 1/4 final sınağına çıxacaq Ukrayna və Portuqaliya 3 dəfə belə uğur əldə edib. Çexiya isə 2 dəfə bunu gerçəkləşdirib.
Əgər 6 yığma AVRO-2018-ə qədər ən azı 2 yarımfinal həyəcanı yaşamışdısa, Qazaxıstan onlara dünən qoşulub. Sonuncular ardıcıl ikinci dəfə ən yaxşı “dördlüy”ə düşüb.
Qeyd edək ki, ümumilikdə 12 komanda yarımfinalda oynamağı bacarıb. 2-yə çatmağa yaxın olan Azərbaycan millisi kimi Belçika, Hollandiya, Serbiya və Xorvatiya da bir uğura malikdi.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA