[b]Yığmamız yubiley matçına çıxır[/b]
06.02.2018 - 14:10
[b]Yığmamız yubiley matçına çıxır[/b]

AVRO-2018-in bu gün keçiriləcək 1/4 final oyunu futzal üzrə Azərbaycan millisi üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, yığmamız dünya və qitə səviyyəli turnirlərdə 75-ci matçına çıxacaq.

 

Belə ki, komandamız Portuqaliya ilə bu gün keçiriləcək görüşədək bu səviyyəli 74 qarşılaşmada qüvvəsini sınayıb. Söhbət dünya və Avropa çempionatlarının həm seçmə, həm final mərhələsindəki oyunlardan gedir.

 

Komandamızın indiyədək keçirdiyi 74 oyunun 24-ü dünya, 50-si qitə səviyyəli yarışa təsadüf edib. Bu matçlarda 33 qələbəsi və 15 heç-heçəsi olan yığmamız 26 dəfə meydanı məğlub tərk edib. Futzalçılarımız 285 qol vurub və öz qapısından 240-nı buraxıb.