[b]Yığmamızın ikinci səfəri[/b]
08.10.2015 - 10:43
[b]Yığmamızın ikinci səfəri[/b]

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlara start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı VII qrupun qarşılaşmaları sabah baş tutacaq.

 

4-cü matçına çıxacaq yığmamız Avstriya ilə görüşəcək. Sankt-Polten şəhərinin “MV Arena” stadionunda baş tutacaq görüş millimizin cari tsikldə 2-ci səfər oyunudu.

 

Mərhələyə Farer adalarındakı 1:0 hesablı qələbə ilə başlayan Yaşar Vahabzadənin yetirmələri Bakıda aldığı ardıcıl iki məğlubiyyətdən sonra növbəti xalını qazanmağa çalışacaq. Komandamız evdə 0:2 hesabı ilə uduzduğu avstriyalıların liderlik arzusunu əngəlləmək üçün rəqib meydanından xalla dönməlidi. 

 

Avstriya isə yalnız top fərqində geri qaldığı Finlandiyanın Almaniya ilə qarşılaşmada büdrəmə ehtimalından yararlanmaq əzmindədi. Bu matçdan 4 gün sonra məhz skandinaviyalılarla qarşılaşacaq millimiz 2 matçlıq qol həsrətinə də son qoymaq üçün meydana çıxacaq. Avstriya (0:2) və Almaniya (0:3) ilə görüşlərdə “Dalğa Arena”nı qol vurmadan tərk edən Vahabzadənin yetirmələri bunu Sankt-Poltendə gerçəkləşdirməlidi.

 

Millimiz səfərdə xal qazansa, turnir cədvəlində ən azı mövqeyini qoruyacaq. Yığmamızın hətta irəliləməsi də mümkündü. Avstriyadakı məğlubiyyət isə geriləməklə nəticələnə bilər. Çünki autsayderlər – Rusiya və Farer adalarının görüşündəki qələbə şimallılara önə keçmək imkanı yaradacaq.

 

 

 

AVRO-2017-nin seçmə mərhələsi

VII qrup

9 oktyabr

20:30. Avstriya – Azərbaycan

Baş hakim: Qunnar Yarl Yonsson

Baş hakimin köməkçiləri: Qunnar Qunnarsson, Birkir Siqurdarsson

Dördüncü hakim: Torvaldur Arnason (hamısı İslandiya)

UEFA nümayəndəsi: Vasko Dojdinovski (Makedoniya)

Hakim-inspektor: Dani Koren (İsrail)

Sankt-Polten. “MV Arena” stadionu

 

1.

Finlandiya

2

2

0

0

5-0

6

2.

Avstriya

2

2

0

0

6-3

6

3.

Almaniya

1

1

0

0

3-0

3

4.

Azərbaycan

3

1

0

2

1-5

3

5.

Rusiya

2

0

0

2

3-6

0

6.

Fareradaları

2

0

0

2

0-4

0