Futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatları tarixinin “beşliy”inə düşüb. Apasport.az saytının məlumatına görə, 39 yaşlı futzalçı qitə çempionatlarında ən çox oyun keçirənlərdən biridi.
Sloveniyada keçirilən AVRO-2018-in Portuqaliya ilə 1/4 final matçı Rizvan üçün bu turnirlərdə 40-cı matç olub. Yığma səviyyəsində qitə miqyaslı yarışda 2000-ci ildə debüt edən Fərzəliyev seçmə və final mərhələlərində keçirdiyi ümumi oyun sayında ispaniyalı Arnaldoya çatıb.
Hərəyə 40 matçda meydana çıxan cütlük Avropa çempionatları tarixinin 4-5-ci yerlərini bölüşür. Onlar rumıniyalı futzalçılar Robert Lupu və Florin Mateydən cəmi 1 oyun geri qalır. Sonuncuların hesabında 41 belə qarşılaşma var.
Avropa çempionatlarının mütləq rekordçusu isə Luis Amadodu. İspaniyalı futzalçı qitə birinciliklərində 47 dəfə meydana çıxıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA