İtaliya Futbol Federasiyası baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Skuadra Adzurra"nı çalışdırmağa ilk namizəd artıq bəllidi.
Belə ki, hazırda "Zenit"in "sükanı arxası"nda olan Roberto Mançini yerli federasiya ilə danışıqlara başlayıb. 53 yaşlı mütəxəssisin hətta qurum rəsmisi Alessandro Kostakurta ilə telefon danışığı apardığı da bildirilir. Tərəflər ortaq məxrəcə gələ bilsələr, Mançini "Zenit"dən ayrılmağın yollarını axtaracaq.
Qeyd edək ki, İtaliya yığması dünya çempionatından kənarda qaldığı üçün baş məşqçi Can Pyero Ventura ötən ilin noyabrında istefaya göndərilmişdi.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu