Futzal üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində keçirilən Portuqaliya – Azərbaycan matçının gedişində gərginlik yaşanıb. Apasport.az saytı xəbər verir ki, insident ikinci hissədə baş verib.
Belə ki, yığmamızın üzvü Ramiz Çovdarovun rəqib futzalçı Rikardinyoya kobud oyunundan sonra Portuqaliya millisinin kapitanı yerdə qalıb. Bu zaman millimizin ehtiyat oyunçular skamyasında oturan üzvləri öz etirazını bildiriblər. Nəticədə Rikardinyo ilə onların arasında narazılıq yaşanıb.
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məsələyə müdaxilə edərək, Rikardinyonu əli ilə itələyib. Tərəflər arasında gərginlik yaşansa da, aranı sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, millimiz Portuqaliyaya 1:8 hesabı ilə uduzaraq, Avropa çempionatındakı çıxışını dayandırıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA