Dünya futbolunda yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Sudan çempionatında fantastik nailiyyətə imza atan “Əl Hilal” klubunun ev oyunlarındakı 12 illik məğlubiyyətsizliyinə son qoyulub.
Afrika təmsilçisi 136 ev oyununda uduzmamaqla Rumıniyanın “Styaua” klubuna məxsus dünya rekordunu təzələyib. Buxarest təmsilçisi ardıcıl 122 ev oyununda uduzmamışdı.
Düzdür, bu göstərici hələ Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən rəsmən tanınmayıb. Bu qurumun ötən il açıqladığı siyahıda isə iki Azərbaycan klubu da var idi. “Neftçi” ardıcıl 57 ev oyununda uduzmamaqla 16-cı, hesabında 3 oyun az olan “Turan” 19-cu idi. Sudanlıların rekordunun rəsmən qeydə alınması hər iki komandamızın geriləməsi ilə nəticələnəcək.
Qeyd edək ki, sonuncu dəfə 2002-ci il avqustun 29-da “Əhli Mədəni” klubuna 1:4 hesabı ilə uduzan “Əl Hilal” bu il 2014-cü il aprelin 4-də “Əhli Şandi”yə 2 cavabsız qolla yenilib.