Dünya çempionatının əsas mükafatı Almaniya millisinin bu hadisəni bayram etməsi zamanı zədələnib. Apasport.az saytının məlumatına görə, bu barədə Almaniya Futbol İttifaqının prezidenti Volfqanq Nirsbax deyib.
Onun sözlərinə görə, qələbənin bayram edilməsi zamanı Dünya kubokunun bir hissəsi qırılıb: “Amma bunun eybi yoxdur. Bizdə həmin hissəni bərpa edə biləcək mütəxəssislər var. Biz həmin hissənin necə qırıldığını bilmirik. Geniş və dərin araşdırma apardıq. Amma bu araşdırma heç bir nəticə vermədi”.
“Bild” qəzeti yazır ki, Dünya Kubokunun əsli deyil, surəti zədələnib. Çünki FİFA-nın qaydalarına görə, kubokun əsli təşkilatın ofisində saxlanılır. Qalib komandaya isə onun surəti verilir.