Ançelotti: “Bavariya”ya bizimlə asan olmayacaq
11.04.2014 - 21:15
Ançelotti: “Bavariya”ya bizimlə asan olmayacaq

 

“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal püşkatmasnın nəticəsini şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi “Bavariya”ya qarşı oyunun çətin olacağını vurğulayıb.

 

“Əgər Çempionlar Liqasında qalib gəlmək istəyiriksə, hamını, o cümlədən “Bavariya”nı məğlubiyyətə uğratmalıyıq” - deyə, Ançelotti bildirib: “Münhen klubuna qarşı yarımfinal oyunları çox çətin olacaq. Amma bizə qarşı oynamaq da asan olmayacaq. Xosep Qvardiola dünyanın ən yaxşı məşqçilərindən biridir və onun çox gözəl komandası var”.