Aqueronun durumuna aydınlıq gəldi
10.10.2015 - 09:38
“Mançester Siti”nin hücumçusu Serxio Aqueronun son durumuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun zədəsinin ciddi olduğu məlum olub.
Argentina yığmasının heyətində Ekvadorla (0:2) seçmə mərhələ matçında zədələnən “Mançester Siti”nin forvardının bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Yerli mətbuata açıqlamasında bu xəbəri futbolçu özü də təsdiqləyib.
Qeyd edək ki, Serxio Aquero İngiltərə Premyer Liqasında bu mövsüm ilk 8 turda 6 qola imza atıb.
0
0