Arda bir neçə həftə oynamayacaq
10.04.2014 - 23:28
“Atletiko”nun futbolçusu Arda Turanın zədəsi gözlənildiyindən də ciddi olub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 finalında “Barselona”ya qarşı ilk matçda zədələnərək meydanı tərk edən yarımmüdafiəçi daha bir neçə həftə oynaya bilməyəcək.
Qasığındakı yırtıq səbəbindən müalicə olunan Ardanın İspaniya çempionatının 2 oyununu və Çempionlar Liqasının yarımfinalının ilk qarşılaşmasını buraxacağı bildirilir. Onun yarımfinalın cavab görüşünə qədər yetişdirilməsinə çalışıldığı vurğulanır.
0
0