Avrokuboklara düşmək üçün 2 milyon avro
10.04.2014 - 05:31
Avrokuboklara düşmək üçün 2 milyon avro

İtaliyanın “Torino” klubunun futbolçularına böyük məbləğdə pul mükafatı vəd edilib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi komandanın avrokuboklara çıxdığı təqdirdə 2 milyon avro bonus ödəməyə söz verib.

 

“Ökuzlər” çempionatın bitməsinə 6 tur qalmış Avropa Liqası zonasından 5 xal geridədirlər. Turin klubu sonuncu dəfə beynəlxalq arenada 20 il əvvəl çıxış edib. 1993/1994-cü illər mövsümündə “Torino” Kuboklar kubokunun 1/4 finalına kimi irəliləyib və “Arsenal”a uduzaraq turniri tərk edib.