UEFA Avropada 2013/14 mövsümünün ən yaxşı futbolçusu adına 10 namizədin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 4-cü dəfə təqdim olunacaq mükafatın iddiaçılarından yalnız biri onun əvvəlki qalibləridir.
Belə ki, Lionel Messi ikinci dəfə Avropanın ən yaxşısı ola bilər. Frank Riberi və Andres İnyesta isə bu dəfə siyahıdan kənar qalıb.
Avropanın ən yaxşı futbolçusu adına namizdələr
Dieqo Kosta (İspaniya, “Atletiko”/“Çelsi”), Anxel di Mariya (Argentina, “Real”), Hames Rodriges (Kolumbiya, “Monako”), Filip Lam (Almaniya, “Bavariya”), Lionel Messi (Argentina, “Barselona”), Tomas Müller (Almaniya, “Bavariya”), Manuel Noyer (Almaniya, “Bavariya”), Aryen Robben (Hollandiya, “Bavariya”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”), Luis Suares (Uruqvay, “Liverpul”/“Barselona”)
Qeyd edək ki, avqustun 14-də mükafata layiq son 3 namizədin adı açıqlanacaq. Onların hər üçü avqustun 28-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında iştirak edəcək və qalib də orada elan ediləcək.