Avstriyalılar “Zalsburq”dan əvvəl Bakıya gəlir
18.07.2014 - 15:05
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Valletta” (Malta) oyununa hakim təyinatları açıqlanıb. Apasport.az xəbər verir ki, bu qarşılaşmanın baş hakimi avstriyalı FİFA referisi Aleksandr Harkam olacaq.
Ona həmyerliləri Andreas Vitsşiqlə Andreas Staudinger yardım edəcək. Dördüncü hakim funksiyasını Rene Aysner yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi Adrian İxari (Makedoniya), hakim-inspektor isə Gürcüstandan Levan Paniaşvili təyin olunub.
Qeyd edək ki, iyulun 22-də Bakıda keçiriləcək.
0
0