Hazırlıqlarını Boluda davam etdirən AZAL növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının xəbərinə görə, honduraslı yarımmüdafiəçi Luis Ramos bundan sonra Bakı təmsilçisinin şərəfini qoruyacaq.
O, müqavilə imzaladıqdan sonra klubun rəsmi saytına danışıb:
“Məqsədim özümü yaxşı tərəfdən göstərərək yenidən Honduras millisinə dəvət olunmaqdır. AZAL-da yeni komanda formalaşır. Əlimdən gələni edəcəm ki, komandam çempionatda uğurlu çıxış etsin”.
Qeyd edək ki, bu, AZAL-ın yeddinci transferi olub. Bundan əvvəl "təyyarəçilər" Asif Mirili, Stanislav Namaşko, Novruz Məmmədov, Orxan Lalayev, Elton Yaqublu və Təmkin Xəlilzadəni heyətinə cəlb edib.