Azarkeş qələbəni bayram edərkən öldü
18.06.2014 - 20:45
Belçika millisinin azarkeşi komandasının Əlcəzair üzərində qələbəsini bayram edərkən həlak olub. Apasport.az saytının məlumatına görə, hadisə Brüsseldə baş verib.
Belçika-Əlcəzair oyunu başa çatandan sonra azarkeş sevindiyindən Brüsseldəki fond birjası qarşısındakı şir heykəlinin üzərinə çıxıb. Amma özünü saxlaya bilməyərək, şirin üstündən yıxılıb. Bundan sonra azarkeşi dərhal xəstəxanaya aparıblar. Amma o, səhər tezdən aldığı zədədən keçinib.
Xatırladaq ki, Belçika yığması ilk matçında Əlcəzair üzərində 2:1 hesabı ilə qələbə qazanıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0