Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Azərbaycan - İtaliya oyununa bilet satışı davam edir. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında, 28 Mall Ticarət Mərkəzində və Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündü.
Qarşılaşmanın biletlərinin qiyməti belədi: 1-ci kateqoriya – 4 AZN, 2-ci kateqoriya – 2 AZN, 3-cü kateqoriya – 1 AZN, VİP – 50 AZN, Skybox kateqoriya 2. – 100 AZN, Skybox kateqoriya 1. – 200 AZN
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya matçı saat 21:00-da start götürəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA