“Bavariya” futbol klubunun İdarə Heyətinin sədri Frans Bekkenbauer “Mançester Yunayted”də yaranan vəziyyət barədə danışıb. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu ingilis klubunun keçmiş baş məşqçisi ser Aleks Ferqüssonun klubdakı çətin zamanın yetişdiyini vaxtında gördüyünü vurğulayıb.
“Fikrimcə, Ferqüssonən zamanında və düzgün qatara minərək gedib. Qetsenin əvəzlənməsi oyunun əsas məqamı oldu. Mario müdafiədə çox sıx oynayan komandaya qarşı özünü göstərə bilmədi və məntiqi olaraq əvəzləndi. Qvardiola Filipp Lamı irəli çəkərək dəyişiklik etdi və yarımmüdafiə daha təşkilatlı oynamağa başladı. Tomas Müllerin qolu isə oxşar vəziyyətlərdə tez-tez qol vuran Herd Mülleri xatırlatdı”.