Berti Foqts və köməkçiləri iş başında
11.04.2014 - 12:27
Millimizin məşqçiləri Topaz Premyer Liqasının XXX turunda da iş başında olacaqlar. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu tur yığmamızın baş məşqçisi Berti Foqts 2 oyun izləyəcək.
O, əvvəlcə saat 15:00-da başlayacaq “Bakı” – “Xəzər Lənkəran” matçını izləmək üçün Biləcəriyə gedəcək. Foqts daha sonra 17:00-da start götürəcək “İnter” – “Neftçi” derbisi üçün Keşləyə yollanacaq.
Onun köməkçilərindən biri olan Aslan Kərimov “Sumqayıt” – “Simurq” matçına baxacaq. Digər yerli köməkçi Mahmud Qurbanov isə günün son matçı olan “Qarabağ” – “Rəvan” qarşılaşmasını izləyəcək.
0
0