Berti Foqtsa Almaniyadan təklif
12.04.2014 - 09:27
Berti Foqtsa Almaniyadan təklif

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Almaniyadan təklif alıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Emmerixdə keçirilən xeyriyyə tədbirinə fəxri qonaq kimi dəvət olunub.

Aprelin 16-da keçiriləcək uşaqlara yardım aksiyası çərçivəsində lotereya da baş tutacaq. Eynəklər və eşitmə aparatları istehsalçısı “Pleynes” lotereyanı məhz Foqtsun keçirməsini istəyib. Yığmamızın çalışdırıcısı da bu təklifi qəbul edib.