Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun U-19 Liqasının sabahkı oyunlarından birini izləməsi ilə bağlı planı dəyişib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis "İnter" - "Neftçi" matçını izləmək istəməyib.
Əvvəlcədən onun məhz “Şəfa” stadionundakı görüşü izləyəcəyi açıqlansa da, bu gün Foqtsun planlarının dəyişdiyi bəlli olub. Belə ki, millinin çalışdırıcısı Bayıl stadionunda keçiriləcək "Rəvan" - "Bakı" qarşılaşmasına baxacaq. Bu matç saat 12:00-da başlayacaq.
Qeyd edək ki, dəyişikliyin səbəbi açıqlanmasa da, bu addıma komandaların turnir cədvəlindəki mövqeyinin təsir etdiyi ehtimal edilir. Məsələ ondadır ki, paytaxtın eyniadlı təmsilçisi çempionatın lideridir. Görünür Foqts da məhz 1-ci yerdə gedən komandanı izləmək istəyib.
Mənbə: affa.az