“İlk oyun həmişə vacibdir. Bu üzdən Azərbaycanla səfər matçı bizim üçün önəmlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov deyib.
Qurum başçısı AVRO-2016-nın seçmə mərhələsinin sabah Bakıda keçiriləcək Azərbaycan – Bolqarıstan oyunu haqda fikirlərini açıqlayıb: “Azərbaycan millisi çox ciddi rəqibdir. Buna görə də çox çətin olacaq. yenidən Berti Foqtsla rəqib olacağıq. Biz ona yenə güclü olduğumuzu göstərməliyik. Ümid edirəm ki, Bakıda 10-12 min tamaşaçının qarşısında oynayacağıq. Hər şey oyunumuzdan və uğurdan asılıdır. Seçmə mərhələyə qələbə ilə başlamağımızı istəyirəm”.
Qeyd edək ki, Mixaylov Bolqarıstan yığmasının qapıçısı olduğu vaxt DÇ-1994-ün 1/4 finalında (2:1) və AVRO-1996 seçmə mərhələsində (3:2) hazırda millimizə rəhbərlik edən Berti Foqtsun çalışdırdığı Almaniya yığması üzərində qələbələrin iştirakçısı olub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA