Braziliya stadionları yaşayıq evlərinə çevrilə bilər
19.07.2014 - 00:57
Braziliya stadionları yaşayıq evlərinə çevrilə bilər

 

Braziliyalı arxitektorlar ölkədəki bəzi stadionların yaşayış evlərinə çevrilməsini təklif edirlər. Apasport.az saytının məlumatına görə, “Casa Futebol” adlı layihə ölkədə yaşayış evi çatışmazlığını aradan qaldırmalıdır.

 

Layihə müəllifləri insanları birbaşa Braziliya yığması üçün həddən artıq uğursuz olan çempionatdan sonra boş qalan stadionların ərazisində yerləşdirməyi təklif edirlər. Yaşayış evləri stadionların fasadlarına bərkidiləcək və iki tərəfə – birbaşa meydana və arxa tərəfə baxacaq. Bu halda hər mənzilin sahəsi 100 kvadrat metrdən çox olacaq.

 

Qeyd edək ki, rəsmi məlumatlarda Braziliyada 5,2 milyon mənzil çatışmazlığının olduğu qeyd edilir.