Bu ay Bakıya gələcək komanda ölkə kubokunu qazandı
11.04.2014 - 09:06
Bu ay Bakıya gələcək komanda ölkə kubokunu qazandı

Aprelin 24-26 aralığında Bakıda keçiriləcək futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”nın iştirakçısı “Dinamo” ölkə kubokunu qazanıb. Apasport.az saytının məlumatına görə, Moskva təmsilçisi “Qazprom-Yuqra” ilə cavab matçında 6:5 hesabı ilə qələbə qazanıb.

“Dinamo”dan qolları Fernandinyo (3), Nando (2) və Sirilo vurub. Bununla da aprelin 24-də “Dördlər finalı”nın yarımfinalında Qazaxıstan çempionu “Kayrat”ın rəqibi olacaq “Dinamo” 8-ci dəfə Rusiya kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, tərəflərin ilk matçında “Dinamo” 3:2 hesabı ilə qalib gəlmişdi.