Çempionlar Liqasında yarımfinal oyunlarının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu aprelin 22-23-də olan ilk, 1 həftə sonra baş tutacaq cavab qarşılaşmalarını günlər üzrə bölüb.
Belə ki, yarımfinal mərhələsi ayın 22-də “Atletiko” – “Çelsi” matçı ilə başlayacaq. Ertəsi gün isə Madriddə daha bir matç olacaq. Bu dəfə “Real” “Bavariya”nı qəbul edəcək.
Cavab oyunlarında isə ilk finalçı Almaniyada müəyyənləşəcək. Bu matç aprelin 29-da keçiriləcək. Ayın 30-da isə bütün qitənin diqqətləri İngiltərəyə yönələcək.
Çempionlar Liqası
Yarımfinal
İlk oyunlar
22 aprel
23:45. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə)
23 aprel
23:45. "Real" (İspaniya) - "Bavariya" (Almaniya)
Cavab oyunları
29 aprel
23:45. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
30 aprel
23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya)