Çempionlar Liqasının yarımfinalında iştirak edəcək bütün komandalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bunlar “Atletiko” (İspaniya), “Real” (İspaniya), “Bavariya” (Almaniya) və “Çelsi” (İngiltərə) klublarıdır.
1/8 finalda “Atletiko” “Milan”a (İtaliya), “Real” “Şalke”yə (Almaniya), “Bavariya” “Arsenal”a (İngiltərə), “Çelsi” isə “Qalatasaray”a (Türkiyə) qalib gəlib.
1/4 finalda “Atletko” “Barselona”nı (İspaniya), “Real” “Borussiya”nı (Almaniya), “Bavariya” “Mançester Yunayted”i (İngiltərə), “Çelsi” isə “Pari Sen-Jermen”i (Fransa) turnirdən kənarlaşdırıb.
Çempionlar Liqasının yarımfinalının püşkü aprelin 11-də UEFA-nın mənzil qərargahında baş tutacaq. Mərasimi UEFA-nın baş katibi Canni İnfantino və UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti keçirəcək, onlara Çempionlar Liqasının finalının səfiri Luiş Fiqu kömək edəcək.
İlk yarımfinal oyunları aprelin 22 və 23-də, cavab görüşləri 29 və 30 apreldə oynanılacaq. Final mayın 24-də Lissabonda keçiriləcək.