David Vilya “Nyu-York Siti”yə keçdi - FOTO
02.06.2014 - 23:56
İspaniya millisinin hücumçusu David Vilya “Nyu-York Siti” klubu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bununla da ispaniyalı oyunçu klubun tarixində ilk futbolçu olub.
“Nyu-York Siti” klubu “Mançester Siti” və “NFL Nev York Yankees”in birgə layihəsidir. Yeni yaradılan klub MLS-də növbəti mövsümdən oynamağa başlayacaq.
Vilya ilə müqavilə 3 il üçün nəzərdə tutulub. Futbolçunun bundan əvvəlki klubu “Atletiko Madrid” olub. Vilya ötən mövsüm keçirdiyi 38 oyunda 15 qol vurub. O, İspaniya çempionu olub və Çempionlar Liqasının finalında oynayıb.
0
0