Del Boske İspaniya millisində qaldı
18.07.2014 - 06:53
Del Boske İspaniya millisində qaldı

İspaniya millisinin baş məşqçisi Visente del Boske postunu tərk etməyəcək. Apasport.az saytının məlumatına görə, bununla bağlı İspaniya Futbol Federasiyası və baş məşqçi birgə qərar veriblər.

 

Federasiyanın gəldiyi nəticəyə görə, milliyə başçılıq etdiyi 6 il ərzində 2 məğlubiyyət del Boskenin postundan uzaqlaşdırılması üçün əsas ola bilməz. Bununla da, mütəxəssis 2016-cı il Avropa çempionatına kimi postunda qalacaq.

 

Visente del Boske İspaniya millisinə 2008-ci ildən başçılıq edir. İspanlar onun rəhbərliyi altında 2010-u il dünya çempionatı və 2012-ci il Avropa çempionatında qalib gəliblər.