Del Pyero: Nə edəcəyimi bilmirəm
12.04.2014 - 04:37
Del Pyero: Nə edəcəyimi bilmirəm

 

Avstraliyanın “Sidney” futbol klubunun ulduz hücumçusu Alessandro Der Pyero növbəti mövsüm futbol oynayıb-oynamayacağı ilə bağlı dəqiq qərar verməyib. Apasport.az saytının məlumatına görə, 39 yaşlı futbolçu hələ də gələcək taleyi ilə bağlı tərəddüd edir.

 

Del Pyeronun “Sidney”lə müqaviləsi bu mövsümün sonunda başa çatır. Artıq onun Avstraliya klubundan ayrılacağı da dəqiqləşib. Hücumçu isə hələ də futboldan ayrılmaq istəmir: “Hələ də növbəti mövsümdə nə edəcəyimi bilmirəm. Bu məsələni sonra fikirləşərəm. Ürəyim deyir ki, futbol oynamağı davam etdirim. Amma özümü fiziki cəhətdən necə hiss edəcəyimi də nəzərə almaq lazımdır”.