Droqba “Çelsi”ni seçdi
19.07.2014 - 06:12
Droqba “Çelsi”ni seçdi

 

Kot-dİvuar millisinin hücumçusu Didye Droqba gələcək taleyini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda “Qalatasaray”dan ayrılaraq azad agent statusu qazanan futbolçunun “Çelsi”yə qayıdacağı dəqiqləşir.

 

“Sky Sports” yazır ki, Droqba “Çelsi”nin portuqaliyalı baş məşqçisi Joze Mourinyo ilə yenidən bir yerdə işləmək üçün “Yuventus”un cəlbedici təklifindən imtina edib. Gözlənildiyinə görə, futbolçu “Stamford Bric”ə oynayan məşqçi kimi qayıdacaq.

 

36 yaşlı Didye Droqba 2004-2012-ci illərdə “Çelsi”də oynayıb. O, klubun heyətində keçirdiyi 337 oyunda 155 qol vurub. Onun ən əsas qolu isə Çempionlar Liqasının finalındakı qələbə qoludur. Droqba London klubunun heyətində 12 mükafat qazanıb.